Aleksandr Duqinin qızının cipi Moskva yaxınlığında partladılıb
"Rus dünyası”nın Rusiyadakı əsas ideoloqu Aleksandr Duqinin qızının cipi Moskva yaxınlığında partladılıb.
Partlayış Mojaysk şossesində baş verib. İlkin məlumata görə, Daria Dugina avtomobildə olub və hadisə yerində ölüb.
UPD: Rus təbliğatçıları yazır ki, Duqin də qızı ilə getməli idi, amma son anda başqa maşına minib.
Nasist publisist Duqinin qızının ölümünün yeni təfərrüatları ortaya çıxıb
Hadisə şahidlərinin sözlərinə görə, partlayış Daria Duqinanın idarə etdiyi avtomobilin altından hərəkət edərkən baş verib. Avtomobil dərhal alovlara qərq olub, maşın yoldan çıxıb və yol kənarındakı binaya çırpılıb.
Dariyanın tanışı, ictimai fəal Andrey Krasnov Rusiya mətbuatına müsahibəsində avtomobilin atasına məxsus olduğunu təsdiqləyib.