Ölümcül səhv: Rusiyalı kişi yeniyetməni sevgilisinin aşiqi hesab etdi

Rusiyada dəhşətli hadisə baş verib. Belə ki, kişi məktəblini öz tanışının sevgilisi sayaraq onu öldürüb.

Qorxunc hadisə Ulan-Udedə baş verib.

Bildirilir ki, kişi iyunun 17-nə keçən gecə internetdə tanış olduğu yeni sevgilisi ilə görüşmək üçün Orlov vilayətindən gəlib. Lakin qadının evinə çatanda onu içəri buraxmayıblar və kişi məcburən həyətdə gecələməli olub.

Səhər oyananda yaxınlıqdan keçən bir yeniyetməni görüb və onu yeni sevgilisinin aşiqi zənn edib. Kişi məktəblinin arxasınca qaçıb və avtobus dayanacağının yanında ona çatıb. Sonra bir dəfə elektroşokla, dəfələrlə isə bıçaqla zərbələr endirib. Yeniyetmə hadisə yerində keçinib.

Bununla bağlı yayılan kadrlarda oğlanın ötüb keçən sürücülərin diqqətini cəlb etməyə çalışdığı, lakin heç kimin dayanmadığı əks olunub.

Ölümcül səhv: Rusiyalı kişi yeniyetməni sevgilisinin aşiqi hesab etdi

Ölümcül səhv: Rusiyalı kişi yeniyetməni sevgilisinin aşiqi hesab etdi

Mənbə: News.ru