"Just Stop Oil" hərəkatrının ətraf mühit fəalları bu mövzuya diqqəti artırmaq üçün İngiltərədəki Stounhenc daşlarına narıncı toz boya səpiblər.
Bu barədə hərəkatın sosial şəbəkə səhifəsində məlumat verilib.
Polis iki fəalın saxlanıldığını bildirib. Britaniyanın baş naziri Rişi Sunak etirazçıların hərəkətlərini tənqid edib.
"Bu, Böyük Britaniyada və bütün dünyada ən qədim və mühüm abidələrdən birinə qarşı utanc verici vandalizm aktıdır. "Just Stop Oil" öz fəallarından utanmalıdır", - deyə hökumət başçısı deyib.
Onun sözlərinə görə, hərəkat və onun donorları bu hərəkətləri dərhal pisləməlidir.
Xatırladaq ki, Stounhenc eramızdan əvvəl 3000-2000-ci illər arasında Solsberi düzündə dairəvi şəkildə quraşdırılmış beş metrlik daşlar qrupudur. Bəzi tədqiqatçılar buranın qədim rəsədxana olduğuna inanırlar. Onun məqsədi ilə bağlı mübahisələr səkkiz əsrdən artıqdır ki, səngimir.
???? BREAKING: Just Stop Oil Spray Stonehenge Orange
— Just Stop Oil (@JustStop_Oil) June 19, 2024
???? 2 people took action the day before Summer Solstice, demanding the incoming government sign up to a legally binding treaty to phase out fossil fuels by 2030.
???? Help us take megalithic action — https://t.co/R20S8YQD1j pic.twitter.com/ufzO8ZiDWu
Mənbə: TASS