Azərbaycanda təbii bal ixracı 3 dəfədən çox artıb



Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 8,16 min dollar dəyərində 0,35 ton təbii bal ixrac edilib. İxracın həcmi illik ifadədə müvafiq olaraq 3,8 və 3,5 dəfə artıb.

Dövlət Statistika Komitəsinin məlumatlarna əsasən, bu dövrdə Azərbaycana 343.05 min. ABŞ dolları dəyərində 67.28 ton təbii bal idxal edilib. Bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər ifadəsində 16,2%, həcm ifadəsində isə 16,1% azalıb.

Bu kateqoriya məhsul üzrə ölkəyə dəyər ifadəsində ən çox idxal Rusiyadan olunub. Bu ölkə cari ilin ilk səkkiz ayında Azərbaycana 148,39 min. dollar dəyərində 29,64 ton təbii bal ixrac edib ki, bu da ötən ilin eyni göstəricilərini müvafiq olaraq 7% üstələyir.

Dəyər ifadəsində ikinci ölkə isə Türkiyə olub. Bu ölkədən yanvar-avqust aylarında Azərbaycana 107.96 min. dollarlıq 24.15 ton bal tədarük edilib ki, bu da ötən illə müqayisədə dəyər ifadəsində 21,3% az, həcm baxımından isə 10,8% çoxdur.

Üçüncü yerdə olan İspaniyadan isə ölkəyə 48,65 min. dollar dəyərində 6,59 ton bal göndərilib. Ötən ilin eyni dövrünə nisbətdə bu ölkələrdən Azərbaycana bal tədarükü dəyər və həcm baxımından 45,2% və 91,5% artıb.

Hesabat dövründə ümumilikdə Azərbaycana 10 ölkədən təbii bal idxal olunub.