ABŞ köhnə nüvə başlıqlarını modernləşdirilmiş başlıqlarla əvəz etməklə beş Avropa ölkəsində yerləşdirilmiş nüvə arsenalını yeniləməyə başlayıb.
Bunu Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) media departamentinin rəhbəri Alister Bernett deyib.
Bernett vurğulayıb ki, Vaşinqton bu barədə ictimaiyyətə açıqlama vermir, lakin arsenalın yenilənməsi davam edir.
Həmçinin, ICAN nümayəndəsi ABŞ-nin nüvə silahlarının Böyük Britaniyada yerləşdirilməsi üçün hazırlıq prosesinin hələ də davam etdiyini, hazırda silahların ölkə ərazisində hələ yerləşdirilmədiyini bildirib.
Mənbə: RİA Novosti