"Taxıl sazişi" Ərdoğanın təşəbbüsü ilə bərpa edildi
"Ukrayna limanlarından humanitar dəhlizlə taxıl ixracı bərpa edilib".
"Anadolu" agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, bununla bağlı Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxladığını və razılığa gəlindiyini deyib.
Türkiyə lideri həmçinin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə “taxıl sazişi”ni müzakirə etmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, bu dünən Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov vurğulayıb: ""Taxıl sazişi”nin icrası davam edir, noyabrın 3-də Ukrayna limanlarını ərzaqla daşıyan 8 gəmi tərk edəcək".