İnflyasiyadan necə qorunmalı?

Artan qiymətlər fonunda əhalinin gəlirləri kompensasiya edilməlidir

Azərbaycan Mərkəzi Bankı (AMB) ilin sonuna qədər inflyasiyanın artacağını bildirib. Bunu AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın 28-də yeni uçot dərəcəsi ilə bağıə keçirdiyi mətbuat kofransında söyləyib.
"2022-ci ilin sentyabrında Azərbaycanda inflyasiya 15,6%, baza inflyasiyası 14,1%, ərzaq inflyasiyası 21,8%, qeyri-ərzaq inflyasiyası 10,5%, xidmət sektorunda inflyasiya 11,4% təşkil edib",- Taleh Kazımov deyib.
Hesablama Palatasının 2023-cü ilin büdcə layihəsi ilə birgə təqdim edilmiş rəyində isə orta inflyasiyanın 2022-ci il üzrə 12,5 %, 2023-cü ildə isə 6,9 % proqnozlaşdırır
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin avqustunda inflyasiya 0,9%, sentiyabr ayında isə 3.1% təşkil edib.
Rəqəmlərdən göründüyü kimi, ölkədə bu ilin ikinci rübündən sürətlənən inflyasiya kənd təsərrüfatı mövsümü ərzində bir qədər səngisə də, mövsüm bitər-bitməz yenidən sürətlənməyə başlayıb. Rəsmi rəqəmlərə görə, yalnız sentiyabır ayı ərzində inflyasiya 2.2% irəliləyib. İlin doqquz ayı ərzində isə rəsmi rəqəmlərə əsasən, ərzaq məhsullarının qiyməti 21,8% bahalaşıbsa, deməli ölkə əhalisinin gəlirləri elə bu qədər azalıb. Çünki BMT-nin FAO təşkilatının hesablamalarına görə, Azərbaycan əhalisi gəlirlərinin 80%-dən çoxunu yalnız ərzaq məhsullarına, qalan hissəsini isə digər gündəlik tələbat mal və xidmətlərinə xərcləyir. Yəni orta statistik Azərbaycan ailəsinin büdcəsində yığım maddəsi yoxdur ki, artan xərcləri onun hesabına kompensasiya edə bilsin. Bununla yanaşı, əhalinin xərc strukturunda ən çox paya malik olan ərzaq məhsullarının qiymət artımı rəsmi rəqəmlərdən xeyli yüksəkdir. Əgər inflyasiyanın alternativ ölçülməsi həyata keçirilsəydi, ərzaq məhsulları üzrə inflyasiya səviyyəsi 30%-dən çox olardı. Rəsmi rəqəmlərə görə, ilin əvvəlində 100 manata aldığımız şərti ərzaq səbəti üçûn bu gün 121,8 manat pul xərcləmək məcburiyyətindəyik.
Dünyada 1-3% normal inflyasiya səviyyəsi hesab edilir və bu norma çərçivəsində əhalinin itən real gəlirlərini ildə bir dəfə nominal qaydada (pul şəklində) kompensasiya edirlər. Lakin hazırda Azərbaycan iqtisadiyyatında ilin 9 ayı ərzində inflyasiya illik normanın maksimum həddini (3%) 5,2 dəfə üstəkəyib (15,6%). İlin sonuna qədər də bu proses artan sürətlə davam edəcək. Çünki həm qarşıdan mövsüm ili deyil, qış gəlir, həm də idxaldan asılı olduğumuzdan dünyada gedən proseslər ölkə daxilində qiymət artımını stimullaşdıracaq. Məlum olduğu kimi, Rusiya Qara dənizdə yenidən "ərzaq dəhlizinin baglayöb ki bu da dünya bazarında ərzağın bahalaşmasına səbəb olacaq. Belə olan halda vəziyyətdən çıxış üçün hansı tədbirlərə əl atılmalıdır?
Birinci başlayaq perespektiv hədəflərdən... Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılmalıdır. O cümlədən ərzaq buğdası, ət, ağartı məhsulları, çay, bitki yağlari çəkilən texniki bitki növləri və şəkər ölkənin strateji məhsulların elan edilməlidir. Bütün növ subsidiyalar ən azı beş dəfə artırılmalı, bütun suvarılan torpaqlar üçün suvarma suyunun əlçatanlığı təmin edilməlidir. Rayonlardakı kənd təsərrüfati idarələri fermerləri maarifləndirilmək, onlara operativ intellektual xidmət göstərmək imkanlarına malik olmalı və bu işlə fasiləsiz məşğul olmalıdır.
Məsələn, Hacıqabul rayonunda 50 min hektar kənd təsərrüfatı üçün yararlı olan torpaqlar su çatışmamazlıği üzündən becərilirmir. Halbuki, rayon ərazisindən keçən Pirsaat cayında payız, qış və erkən yaz aylarında bol su olur. Sadəcə olaraq rayon ərazisində mövcud olan su anbarı lildən təmizlənməli, lazım gəlsə daha bir su anbarı tikməlidır. Bu iş ücün 10-15 milyon büdce vəsaiti kifayət edər. Bununla da 50 min hektar sahənin su problemi aradan qalxır. Həmin 50 min hektarda buğda əkib, 30 sentiner məhsuldarlıq əldə edilsə, zəmilərdən 150 min ton ərzaq buğdası götürmək olar. Halbuki, hökumətin milyardlarla investisiya qoyduğu 41 aqropark bu il cəmi 88,8 min ton buğda istehsal edib.
Bütün bu işləri normal qaydada icra etmək üçün şəffaflıq və hesabatlılığı yüksəltməklə bərabər, aqrar sahəyə əsaslı investisiya qoyulmalıdır. Bu il dövlət büdcəsindən kənd təsərrüfatına 997 milyon manat vəsait ayrılıb. Gələn il ücun isə bu rəqəm 1,2 milyard manata çatdirilacağı gözlənilir. Primitiv əkinçilik, suvarma və becərmə metodologiyasına malik bir kənd təsərrüfatı üçün bu qədər büdcə vəsaiti 10 milyon əhalini yedizdirmək məqsədi güdursə, çox az məbləğdir. Ən azı ayrılan vəsait 5 dəfə artirilmalıdır.
Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz inflyasiya sürətləndikcə əhalinin real gəlirləri itir. Kənd təsərrüfatıni inkişaf etdirib, idxaldan asılıliği aradan qaldırmaqla - inflyasiyaya qarşı mübaruzə tədbirləri ilə yanaşı, əhalinin itən gəlirləri də kompensasiya edilməlidir. Bunun üçün sosial təminata ehtiyacı olan əhalinin məvacib və müavinətləri hər rübdə inflyasiya səviyyəsinə uyğun olaraq kompensasiya edilməlidir. Minimum istehlak səbəti bu cür inflyasiya (21,8%) şəraitində ildə bir neçə dəfə indeksleşdirilməlidir.
Büdcədən maliyyələşdirilən isçilərin əmək haqqı indiki qiymətlərə uyğunladdırılmalı, ona müvafiq olaraq minimum əmək haqqı 500-600 manata qaldırılmalıdır.
Sonda qeyd edək ki, bütün bu tədbirlərin görülməsi üçûn hökumətin əlində kifayət qədər resurslar var. Çunki hazırda dünya bazarında neftin bir bareli 100, qazın min kubmetri isə 2000 dollara satilır.


Akif Nəsirli