Alimpaşa Məmmədovun 10 milyonluq əmlakına həbs qoyuldu
Milyonlarla dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan Şəmkirin 7 il icra başçısı olmuş, hazırda həbsxanada olan Alimpaşa Məmmədovun 10 milyon manat dəyərindəki əmlakları üzərinə həbs qoyulub.
Üzərinə həbs qouylan daşınmaz əmlakın siyahısı:
1. "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat)
2. "Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat)
3. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat)