​Sankt-Peterburqla əməkdaşlığın genişləndirilməsi müzakirə edilib


İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi sədrinin müavini Nizami Məmişovla görüşüb.

Nazirin birinci müavini Rusiyanın regionları ilə, o cümlədən Sankt-Peterburqla işgüzar münasibətlərin inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, sənaye, ticarət, investisiya, innovasiya, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial vardır.