96 saylı marşrut sərinşinləri nədən saatla gizlədir?
Son zamanlar Bakı şəhərində müşahidə edilən nəqliyyat sıxlığı bir sıra marşrut avtobuslarının işini əngəlləyir. Tıxacda qalan avtobusları bəzən sərnişinlər on dəqiqələrlə gözləməli olur.
Amma bəzi marşurut sahibləri öz problemlərini də tıxacların üstünə yıxmaq istəyir. Belə marşrut avtobuslarından biri də "Xaliq Faiqoğlu" MMC-yə məxsus 96 saylı xətt marşrutudur.
Sərnişinlərin coxsaylı şikayətlərini nəzərə alaraq 96 saylı xətt marşrutunun hərəkət qrafikinin izlədik. Sözügedən marşrut normal halda - tıxacların olmadıği saatlarda 15-20 dəqiqədən bir dayanacaqlarda görünur. Tıxac müsahidə edilən saatlarda isə 96 saylı avtobusun hərəkət intervalı 40-50 dəqiqəyə qədər artır. Əlbəttə, Xarici İşlər Nazirliyinin yanından - şəhərin qədim mərkəzindən Bakı Beynəlxalq Avtovağzalına işləyən marşrut xətti üçün bu biyabırçı bir qrafikdir. Bu marşrutla hərəkət edən avtobus 5 dəqiqədən bir dayanacaqda olmalıdir. Çünki bu qəsəbə avtobusu deyil, Bakı şəhərinin mərkəzində hərəkət trayekturasına malik marşrutudur.
Məsələ ilə bağlı həm BNA-nın mətbuat xidməti, həm də "Xaliq Fiqoğlu" MMC ilə əlaqə saxladıq. BNA-dan Mayis Ağauev bildirdi ki, problemdən xəbərdarıq, həll etməyə çalışırıq.
"Xaliq Faiqoğlu" MMC-dən isə bildirdilər ki, 96 saylı marşrutda 10 avtovuz xidmət göstərir: "Avtobusların sayı az olduğundan hərəkət intervalı 10-15 dəqiqə arasında tənzimlənir. Sərnişinin 2 noyabr 2022-ci il tarixdə müraciətinə əsasən 50 dəqiqə gecikən 10 TQ - 034 dövlət nömrə nişanlı avtobusun saat 15-16 radələrində 50 dəqiqə gecikməsi araşdırılib. Gecikməyə Tiblisi prospektindəki tıxac səbəb olub. Günün tıxac olan saatlarında belə gecikmələr baş verir. Tezliklə yeni avtobuslar alınacaq və problem aradan qaldırılacaq.".
Cavabdan aydın olur ki, ilk növbədə problemə səbəb "Xaliq Fiqoğlu" MMC-nin 96 saylı marşrutun fəaliyyəti düzgün qura bilməməsidir. Şəhərin mərkəzində hərəkət edən xətt marşrutunda ən azı 30 avtobus olmalıdır. Amma bu marşrutda cəmi 10 avtobus hərəkət edir. BNA bu məsələdə öz nəzarətçi fəaliyyətində səhlənkarlığa yol verir. Belə hal baş verdikdə ya sahibkar problemi tezliklə aradan qaldırmalıdır, ya xətt marsrutu başqa sahibkara təklif edilməli, ya da marşrut dövlətin nəzarətində olan "BakuBas" MMC-yə verilməlidir. Hazırda nə sahibkar problemi aradan qaldirmır, nə də BNA tədbir görmür. Zərər çəkən isə sadə vətəndaşlardır - günün istisində, qışın soyuğunda saatlarla avtobus gözkəməli olurlar.