Neftçilər ərzaq məhsulları ilə birlikdə daşınır
Neftçiləri "Neft Daşları"na aparıb-gətirən Q.Qarayev gəmisində işçilərlə bərabər "Xəzəriaşə"nin mallarının da daşinması davam edir. Belə ki, neftçilər hər dəfə "Neft Daşları"na gedəndə və qayıdanda iki saata yaxın gözləməlidirlər ki, "Xəzəriaşə"nin malları gəmiyə yüklənsin. Sahildən saat 8- də çıxmalı olan gəmi, "Xəzəriaşə"nin malları yukləndikdən sonra - saat 10 da çıxır. Neftçilər mal yüklənənə qədər gəminin içərisində gözləmək məcburiyyətində qalırlar
"Neft Daşların"dan yola düşdükdə isə "Xəzəriaşə" konteynerləri bosalmayanadək gəmi yola düşə bilməz. Yenə də evə getməli olan Neftçilər gəmidə gözləmək məcburiyyətində qalırlar.
"Azneft" İB-nın Baş Direktor müavini cənab İkram Qurbanov cənablarına sual etmək istəyirik ki, "Q.Qarayev" gəmisi sərnişin daşımaq üçün nəzərdə tutulduğu halda niyə işçilər "Xəzəriaşə"nin konteynerləri ilə birlikdə yola salınır?
Şirkətlə "Xəzəriaşə" arasında bağlanmış müqavilə öhdəçiliyində bununla bağlı hansı şərtlər mövcuddur?
Şəkildəki gəmidə görünən içi ərzaqla dolu və su qablari yerləşdirilmiş "Xəzəriaşə"yə məxsus dəmir konteynerlərdir