İranda “Tehran-Araz və Ermənistan Ticarət Palatası” yaradılır
Tehran Ticarət Palatasının baş katibi "Araz" Azad Ticarət Zonasında biznes ofislərinin açıldığı barədə məlumat verib.
“Fars News” xəbər verir ki, Tehran Ticarət Palatasının baş katibi Bəhmən Eşqi "Araz" Azad Ticarət Zonasının rəhbəri Məcid Kiyani ilə görüşdə sözügedən zonada Tehran Ticarət Palatasının və Müstəqil Ticarət Palatasının biznes ofislərinin yaradılması təklifini alqışlayaraq deyib: “Qonşu ölkələrin bazarlarında "Araz" Azad Ticarət Zonasında istehsal olunan məhsulların satış payı əldə etməklə bağlı narahatlıq "Araz" Azad Zona Təşkilatı, "Tehran-Araz" Ticarət Palatası və Ermənistan Ticarət Palatasının əməkdaşlığı sayəsində aradan qalxacaq və ən yaxşı səviyyədə həyata keçiriləcək”.
O, habelə Ermənistanda "Araz" Azad İqtisadi Zonasının istehsal etdiyi məhsulların xüsusi sərgisinin keçirilməsini vacib adlandırıb.