Azərbaycan yod ixracını 4 dəfəyədək artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 8871.91 min. ABŞ dolları dəyərində 128.76 ton yod ixrac edilib. "vergiler.az"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2.5 dəfə, həcm ifadəsində isə 3.8% çoxdur.

Bu kateqoriya məhsul üzrə ölkədən dəyər ifadəsində ən çox ixrac Rusiyaya olunub. Bu ölkəyə cari ilin ilk doqquz ayında 7036.4 min. dollar dəyərində 94.26 ton yod ixrac edilib ki, bu da ötən ilin eyni göstəricilərini müvafiq olaraq 12 dəfədən çox və 5.9 dəfə üstələyir.

Dəyər ifadəsində ikinci ölkə isə Hindistan olub. Bu ölkəyə yanvar-avqust aylarında Azərbaycandan 900 min. dollarlıq 15 ton yod tədarük edilib ki, bu da ötən illə müqayisədə dəyər ifadəsində 69,1%, həcm baxımından isə 86,1% azdır.

Üçüncü yerdə olan Çinə isə ölkədən 846 min. dollar dəyərində 18 ton yod göndərilib. Ötən ilin eyni dövründə bu ölkəyə Azərbaycandan yod tədarükü olmayıb.

Hesabat dövründə Azərbaycandan ümumilikdə 4 ölkəyə (Rusiya, Ukrayna, Çin və Hindistana) yod ixrac olunub.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana cəmi 5.85 min dollar dəyərində 0,05 ton yod idxal edilib. İdxalın həcmi illik ifadədə müvafiq olaraq 4,5 və 5 dəfə artıb. Məhsul ölkəyə Rusiya, Almaniya, İtaliya və Türkiyədən gətirilib.