Rayonlar dövlət büdcəsindən dotasiya almayacaq?
Hökumət yenə imitasiya edir, görüntü yaradır...
Gələn ilin dövlət büdcəsindən cəmi 8 rayona vəsait ayrılacaq.i
Mllət vəkili Vüqar Bayramov 66 rayondan 58-nə dövlət büdcəsindən vəsait ayrılmayacağını deyib.
Həmin rayon və şəhərlər yerli gəlirlər hesabına öz xərclərini təmin edəcəklər.
Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsindən rayonlara ümumilikdə 12 milyon 306 min manat vəsaitin ayrılması nəzərdə tutulur.
V.Bayramov vurğulayıb ki, özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırlması baxımından vacibdir. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Ona görə də həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir.
Lakin nəzərə almaq lazımdır ki, rayonların ərazisində fəaliyyət göstərən bütün dövkət idarə və müəssisələri mərkəzləşdirilmiş dövlət büdcəsindən maliyyələşdirilir. Hətta, rayon icra hakimiyyətlərinin işçi personalının əmək haqqı belə dövlət büdcəsi hesabına maliyyələşdirilir. Ona görə də rayon icra hakimiyyətlərinin sərəncamında maliyyələşdiriləsi bir vacib sahə qalmır. Rayon icra hakimiyyətlərinin xərci yalnız öz təsəbbüsləri ilə həyata keçirilən abadlıq işləridir ki, onun da bütün xərcləri sahibkarkarın çiyninə yüklənir. Yəni, rayonların hazırda özü-özünü maliyyələşdirməsi prosesi görüntü xarakteri daşıyır.
Əslində regionların sosial-iqtisadi inkişafı üzrə 4 proqram həyata keçirmiş hökumət bu nəticəni real olaraq əldə etməli idi. Amma korrupsiya buna imkan vermədi. Ona görə də hökumət rayonların özü-özünü maliyyələşdirməsi görüntüsü yaratmaq üçün büdcə xərclərini təsnifkəşdirərkən rayonkarın xərclərinin əsas hissəsini, demək.olar ki, hamısını mərkəzləşdirilmiş büdcənin xərcləri kimi göstərir.
Həqiqətən 66 rayondan 58-i özü-özünü maliyyələşdirsəydi, onda gərək əhalinin rayonlardan Bakı meqapolisinə köçü heç olmasa dayanardı. Hələ biz şəhərdən kəndə köçü demirik.
Digər tərəfdən, yenə dövlət büdcəsinin 90 faizindən çoxu, ixracatın isə 80 faizindən çoxu Bakı meqapolisində formalaşır. Elə isə biz iqtisadiyyatın hansı formada balanslaşdırılmasından, ölkə üzrə yayılmasından danışa bilərik?