Neft gəlirləri 80,5% artib
Bu ilin yanvar-oktyabr ayları üzrə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə əldə olunan gəlir 8 milyard 326 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatına görə, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 3 713.9 mln. dollar və ya 80,5% çoxdur.
Hesabat dövründə "Şahdəniz" yatağı üzrə qaz və kondensat satışından əldə olunan gəlirin həcmi 2,6 dəfə və ya 747.079 mln. dollar artaraq 1 milyard 209 mln. dollar təşkil edib.
O cümlədən cari ilin ilk 10 ayında "Şahdəniz" yatağı üzrə kondensatın satışından 328,567 mln. dollar əldə olunub ki, bu da ötən ilə nisbətən 2,4 dəfə və ya 193.332 mln. dollar çoxdur.