Parisdə metro işçiləri tətil edib
Parisdə metro stansiyaları işini dayandırdı
Fransanın paytaxtı Parisdə metro demək olar ki, işləmir.
@baku_es Fransa mediasına istinadən xəbər verir ki, buna səbəb Paris və onun ətraf ərazilərində sərnişin daşınması ilə məşğul olan “RATP” şirkətinin əməkdaşlarının kütləvi olaraq tətil elan etməsi olub.
Belə ki, şirkət əməkdaşları öz iş şərtlərindən narazı olduqlarını bildiriblər. Onlar əməkhaqlarının artırılmasını və iş yüklərinin azaldılması üçün işə yeni əməkdaşların götürülməsini tələb edirlər.
Hazırda Parisdə 7 metro xətti bağlıdır, digərlərində isə səhər və axşam pik saatlarda qatarlar sərnişin daşınması ilə məşğul olur.