Azərbaycan İtaliyaya neft ixrac edən əsas ölkələr sırasındadır
Azərbaycan İtaliyaya neft ixrac edən ilk üç ölkə arasında ikinci yerdə qərarlaşıb.
“İnterfaks” xəbər verir ki, bu barədə İtaliyanın Ekoloji Keçid Nazirliyinin hesabatında bildirilir.
Qeyd edilir ki, sentyabrda ölkəyə neft idxalı 5,261 milyon ton təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 5,6% azdır.
Əsas tədarükçülər Rusiya (1,5 milyon ton), Azərbaycan (699 min ton) və Liviya (683 min ton) olub.
Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında İtaliya 46,8 milyon ton neft idxal edib.