Azərbaycanın qaz ixracı 17,4% artıb
Pərviz Şahbazov
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qaz ixracı 17,4 faiz artaraq 18,2 milyard kubmetr təşkil edib.
Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, ixracın 51 faizi (9,3 mlrd. kubmetri) Avropanın, 38 faizi (6,9 mlrd. kubmetri) Türkiyənin, 11 faizi (2 mlrd. kubmetri) isə Gürcüstanın payına düşüb.