İran mediası Azərbaycana qarşı separatizmə dəstək verir



İran hökumətinin kurasiyasında olan anti-Azərbaycan təbliğatçısı Ehsan Movəhhediyan özünün "Tvitter" hesabında yenidən Azərbaycan əleyhinə təxribatçı fikirlər yazıb:

"Əliyev 40 milyon İran azərbaycanlısını Bakı ilə əlaqəni kəsməməyə çağırıb və deyib ki, Zəngəzur dəhlizinin açılmasından hamı faydalanacaq.

İranın qeyrətli azərbaycanlıları bu "sayıqlamaya" Bakının siyasətinə və ekspansiyasına qarşı nümayişləri ilə cavab verməlidirlər.

İran hökuməti öz dəhlizini qurmalı, ləzgiləri, tatları, "Hüseynçilər" qruplaşmasının üzvlərini və şiələri açıq şəkildə dəstəkləməlidir".