Putin Rusiyada "xalq düşməni" elan edildi!

Rusiyada böyük qarışıqlıq gözlənilir

Aleksandr Duqinin qızı Dariyanın öldürülməsini “Milli Respublika Ordusu” öz üzərinə götürdü

Dünənki yazıma “Mübarizə Rusiyanın daxilinə keçir” başlığı qoymuşdum. Gün sona yetməmiş yazdıqlarım təsdiqləndi. Rusiyada Putinin təbliğatçısı və ideoloqu Aleksandr Duqinin qızı – özü dəfələrlə Rusiya təcavüzünə haqq qazandıran Dariyanın məhv edilməsinin arxasında “Milli Respublika Ordusu” adlanan qruplaşmanın dayandığı məlum oldu. Bu barədə “Fevral səhəri” kanalında müxalifət lideri İlya Ponomarev məlumat verib. Efirdə o, Rospartizan kanalı vasitəsilə İlya Ponomarevə müraciət edən və hərəkətə görə məsuliyyət daşıdığını elan edən

Milli Respublika Ordusunun manifestini oxusanız, manifestin mətnindən yaxın zamanlarda Rusiyanın qarışacağı görünür.

Ponamarevin özünün bu qruplaşmaya nə dərəcədə aid olduğunu bilməsək də, ehtimal edə bilərik ki, keçmiş deputat da bu təşkilatı dəstəkləyir.

Kifayət qədər sərt dildə yazılmış bəyanatda deyilir:

“Biz, rus fəalları, hərbçiləri və siyasətçiləri, bundan sonra “Milli Respublika Ordusunun” partizanları və döyüşçüləri, Rusiya xalqlarının müharibə qızışdırıcılarını, quldurlarını və zülmkarlarını qanundan kənar hesab edirik! Biz prezident Putini hakimiyyəti qəsb edən və Konstitusiyaya düzəlişlər edən, slavyan xalqları arasında qardaş qırğınına səbəb olan və rus əsgərlərini qəti və mənasız ölümə göndərən hərbi cinayətkar elan edirik. Onun siyasətinin mahiyyəti – birilərinə kasıblıq və tabut, digərlərinə saraydır. Biz inanırıq ki, hüquqlarından məhrum edilmiş insanların tiranlara qarşı üsyan etmək hüququ var. Putin bizim tərəfimizdən devriləcək və məhv ediləcək!
Məqsədimiz Rusiyanın və onun qonşularının məhvini dayandırmaq, xalqımızın sərvətini soran, bu gün ölkə daxilində və xaricində cinayətlər törədən bir ovuc Kreml iş adamlarının fəaliyyətini dayandırmaqdır.

Rusiya Federasiyası hökumətinin və vilayət administrasiyalarının məmurlarını qəsbkarın şəriki elan edirik - səlahiyyətlərini tərk etməyənlər tərəfimizdən məhv ediləcək. Korrupsiya və məmurlarla əlaqə ilə pul qazanan iş adamlarını, Vətən xaini və qəsbkarın vasitəçiləri elan edirik. Tövbə etməyənlərin, bu hökumətə və onun müharibəsinə qarşı açıq söz deməyənlərin malı, özləri də bizim tərəfimizdən məhv ediləcək. Biz güc strukturlarının əməkdaşlarını qəsb edənin şəriki elan edirik. Silahını yerə qoymayanlar, poqonlarını çıxarmayanlar bizim tərəfimizdən məhv ediləcək. Biz hərbi yükləri və müharibədən pul qazanıb ona maddi yardım edənlərin yüklərini - məhv edəcəyimiz qanuni hədəflər elan edirik.

Putini hakimiyyətə gətirənlərin Rusiyada evlərinin partladılmasını xatırlayırıq. Biz bilirik ki, rejim ən ağır cinayətlərin heç birində dayanmayacaq. Biz isə bəyan edirik: biz yalnız bu hakimiyyətə aid olan şəxslərə qarşı tədbirlər həyata keçiririk. Biz mülki obyektlərə, mülki şəxslərə hücum etməyəcəyik və əgər Putinin təhlükəsizlik qüvvələri belə təxribatlar törədəcək və qurbanları bizə aid edəcəksə, inanmayın! Biz Rusiya ordusunun əsgərlərini başqa ölkələrdən - Gürcüstandan, Suriyadan və digər ölkələrdən olan qardaşlarımıza atəş açmağı dayandırmağa çağırırıq. Biz bütün rusları sıralarımıza qoşulmağa və Putin hakimiyyətinin rüsvay etdiyi üçrəngli bayrağın əvəzinə yeni Rusiyanın ağ-göy-ağ bayrağını qaldırmağa çağırırıq. Mübarizəyə hazır olanları bizdən nümunə götürməyə və bu qeyri-insani, ikiüzlü, xalqa qarşı olan rejimi devirməyə çağırırıq!
Nə milliyyəti, nə də vətəni olmayan, yalnız pulu və hakimiyyəti sevənlərin müharibə cinayətləri törətdiyinə görə rusların bütün dünyada dışlanmağa başlamasını qəbuledilməz hesab edirik. Dünya Rusiyanın düşməni deyil, Rusiya da bəşəriyyətin düşməni deyil və biz bunu əməlimizlə sübut edəcəyik. Çağırışımıza əməl edənlərin hamısını qoruyacağıq. Proqramımızı rejim dəyişikliyinə qədər həyata keçirən hər kəs qəsb edənin qanunlarına əsasən məsuliyyətdən azaddır. Qələbəmizdən sonra biz Putin hakimiyyəti tərəfindən qanunsuz olaraq məhkum olunmuşların hamısını dərhal azad edəcəyik.

Biz Rusiyada yaşayan bütün xalqlara azadlıq verəcəyik və yeni cəmiyyət - oliqarxsız, korrupsiyasız, məmur özbaşınalığı olmayan, yoxsulluğu alçaltmayan cəmiyyət quracağıq. Hər kəsin əməyinə görə mükafatlandırıldığı cəmiyyət. Müharibəsiz və zorakılıqsız cəmiyyət. Hakimiyyətin xalqa məxsus olacağı, vətəndaşların öz liderlərini seçəcəyi, şəhər və kəndlərinin həyatını özləri təşkil edəcəyi cəmiyyət. Elə bir cəmiyyət ki, orada hökmdarlar öz böyüklüyü üçün insan canını fəda edə bilməyəcək, təhsil, tibb və elmi tərəqqi haqqında düşünəcəklər. Hər kəsin Rusiya ərazisində doğulduğuna görə fəxr edəcəyi və orada yaşamaq istəyəcəyi bir cəmiyyət! Yaşasın Azad Rusiya! Harada olursunuzsa olun - bizim kimi vuruşun, bizimlə vuruşun, bizdən daha yaxşı vuruşun! Gəlin Vətənimizi çirkabdan təmizləyək! Qələbə bizim olacaq! Rospartizan teleqram kanalı vasitəsilə bizimlə əlaqə saxlayın”.

İlya Ponomarev Milli Respublika Ordusunun hərəkətlərini dəstəkləyib. Onun sözlərinə görə, bu birlik mülki əhali ilə müharibə aparmır və mülki obyektlərə qarşı aksiyalar keçirməyəcək. Ponomarev vurğulayıb ki, Ukrayna ərazisində Rusiya Könüllülər Korpusu və “Azad Rusiya legionu” da yaradılıb. Bu müharibənin cəbhələrində Putinin işğalçıları ilə vuruşur və sona qədər getməyə hazırdır. İlya Ponomarev Putin rejimi ilə mübarizə aparmaq istəyən hər kəsi Milli Respublika Ordusuna qoşulmağa, müqavimətə hər cür dəstəyi verməyə və Rospartizan teleqram kanalı vasitəsilə əlaqə saxlamağa çağırıb.

Dadaş Əhmədli