Ərdoğanla yol ayrıcında...
Xəqani Cəfərli
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündən sonra jurnalistlərlə söhbət zamanı belə deyib: “Biz adi bir prosesdən keçmirik. Rusiya sıradan bir dövlət deyil, qüdrətli dövlətdir. ABŞ başda olmaqla Qərb məhdudiyyətsiz şəkildə Rusiyaya hücum edir. Rusiya isə bütün bu hücumlara müqavimət göstərir”.
Rusiyanın Ukraynada qalib ola bilməcəyi aydın olduqdan sonra Ərdoğan Putini və Rusiyanı xilas etməyə çalışır. Ərdoğan Putini və Rusiyanı xilas etməyə cəhd etdiyi kimi, son iki ayda İranda xalqların azadlıq və öz müqəddəratını təyin etmək üçün başlatdıqları mübarizəni dəstəkləməkdən, hətta münasibət bildirməkdən də yayınır. Qəzzadakı islamçılara qarşı hər bir hadisəyə münasibət bildirən Ərdoğan İranda 45 milyon türkün sentyabr ayından bu güünə kimi özgürlük mübarizəsini “görmür”. Aydın görünür ki, Ərdoğanla yol ayrıcındayıq. Qərb Putini və Rusiyanı Ukraynaya qarşı müharibəyə və bu səbəbdən dünya iqtisadiyyatına vurduğu zərərə görə məsuliyyətə cəlb etməkdə qərarlıdır. Belə bir vəziyyətdə Putini və Rusiyanı xilas etməyə cəhd edən Ərdoğanla birgə hərəkət təhlükəli olacaq.
Putinin faşist rejiminin məhvi və Rusiyanın parçalanması, İranda xalqların azadlıq və öz müqəddəratını təyin etmə uğrunda teokratik rejimə qarşı mübarizəsinin qalib gəlməsi Dərbəndən Həmədana kimi geniş bir çoğrafiyada paarça-parça olmuş 60 milyonluq Azərbaycan xalqının həyati maraqlarının gerçəkləşməsinin təməl şərtidir.
Türkiyənin bütövlüyünü və çağdaş dünyanın tərkib hissəsi olmaq imkanlarını saxlaması bizim üçün xalqımızın həyati maraqlarının gerçəkləşməsi qədər önəmlidir. Bu vəzifənin öhdəsindən gəlmək üçün bundan sonra Türkiyə müxalifəti ilə birgə hərəkət etməliyik.