Azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə müavinət veriləcək
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi müzakirəyə çıxarılıb.
Banker.az “Milli Məclis”ə istinadən xəbər verir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair diqqətə çatdırılıb ki, təklif edilən dəyişikliyə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət müəyyən olunur.