Tehranda məşhur həkim odlu silahla qətlə yetirildi
İran mediası bazar günü səhər saatlarında Tehranın Səadət Abad bölgəsində qətlə yetirilən Məhkəmə-Tibb Ekspertizasının keçmiş rəhbəri 85 yaşlı Əli Məhfuzinin qatilinin orta yaşlı bir kişi olduğunu yazıb. O, üzünü maska və qara papaqla gizlədərək, 6 metr məsafədən tapança ilə Məhfuziyə evinin önündə 2 dəfə belindən atəş açıb.
Ötən gün Böyük Tehran Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi, polkovnik Əli Vəlipur Qudərzi hadisənin təfərrüatları barədə deyib: “Son illərdə biznes fəaliyyəti ilə məşğul olan 85 yaşlı doktor Əli Məhfuzi bu gün (21 avqust) evinin qarşısında güllələnərək dünyasını dəyişib”.
https://bit.ly/3Ad1iPo