Kürdəxanıdakı 304 saylı orta məktəb bu il fəaliyyət göstərəcəkmi?

Cəsarət Valehov: "Məktəb müəllimləri və rəhbərlik avqustun 26-dan etibarən iş başında olacaq"

Facrbook.com sosial şəbəkəsində Humeyra Ayxan adlı istifadəçi yazır ki, yay tətilində evimizi deyişib, Kurdaxanı qəsəbəsinə köçmüşük: "Burdaki evə yaxın, bu ilin may ayında prezident terefinden açılışı olan 304 saylı yeni tikilmiş məktəb var. Amma məktəbin nə drektoru var, nə də müəllimləri. Maraqlandım, qəsəbədəki 113 saylı məktəbin drektor muavini dedi ki, 15 sentyabra qədər guya hazır olmalıdı. Həmin direktor müavini əlində olan siyahıya uşaqların adını və neçənci sinifdə oxuyacaqlarını yazıb, götürdü. Amma mən hələ də narahatam. Üstündən bir ay keçib, nə məktəbin nömrəsi Təhsil Nazirliyinin səhifəsindəki siralamada yoxdu, nə də drektor təyin edilməyib. Ortada quruca məktəb var. Məktəbin açilmama ehtimali varmı? Bəlkə bu işlərdən xəbəri olan olar? Avqust ayı bitmək üzredir, məktəbin dəqiq açılıb-açılmayacağını bilib, ona görə hərəkət etmek istiyərdim".

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq.

Nazirlik sözçüsü bildirdi ki, Kürdaxanıdakı 304 saylı orta məktəb bu dərs ilində fəaliyyət göstərəcək: "Məktəb müəllimləri və rəhbər heyəti avqustun 26-dan etibarən iş başında olacaq".

 

Dəniz