SOCAR rəhbərliyi hələ də COVİD-dən pul qazanır
Bildiyiniz kimi hazırda heç bir qurum COVİD yaxmasının nəticəsini tələb etmir. O cümlədən də daxili və beynəlxalq uçuşlar zamanı belə bu analizə ehtiyac duyulmur. Amma işçilərin verdiyi məlumata görə, hələ də SOCAR dəniz obyektlərində çalışan neftçilərdən yaxma götürməkdə davam edir.
SOCAR bunun üçün "müvafiq" klinikalara il ərzində 10 milyon manata yaxın vəsait ödəyiır.
Onu da qeyd edim ki, hər işçidən götürülən yaxma üçün SOCAR 150 manata yaxın pul ödəyir. Hər gün Zığda və dəniz vağzalında 400-ə yaxın işçidən yaxma götürülülür və həmin işçilər yenidən evinə göndərilir,
Yaxma götürələcək işçiləri siyahi ilə çağrılıb, onlara barkod verilir, sonra işçilər analiz göndərilir. Həmin barkod analiz götürən həkimə təqdim edilir. Həkim isə onu yapışdırır işçinin yaxma tübikinə və aparır. Barkodun üstündə isə "Caspian hotel" yazılır. Bu o deməkdir ki, guya işçilər yaxmanın cavabı gələnə qədər həmin oteldə karantin keçir və "nəticədən asılı olaraq" oteldən də işə göndərilir. Əslində yaxmadan sonra isçilər otelə aparmalıdırlar ki, kənarla təmas olmasın. Amma yaxma görürəndən sonra işçiləri evə göndərirlər ki, otel pulu formal olaraq sənədləşdirilsin və mənimsənilsin. Bu faktların yoxlanılmasına ciddi ehtiyac var. Təsdiqini taparsa bu ciddi korrupsiya faktıdır.
Otel və klinikaların sahibi kimdir?
Təsəvvür edin, SOCAR guya hər gün 400 işçinin yaxmasının analizinə 150 manat, yəqin ki, elə bu qədər də otel xərci adı ilə pul silir. Bu fakt üzrə gündəlik korrupsiya təxminən 60 min manat təşkil edir.
Bu faktla bağlı sorğumuza SOCAR-ın mətbuat xidmətindən cavab ala bilmədik. Məsələyə aydınlıq gətirmək istəsə, qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.