Azərbaycan-İran münasibətlərinə bir baxış
Bu səpkidə Mohsen Pakayinin düşüncələri
İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin yazır:
“İsrailin İslam İnqilabının qələbəsindən öncəki strateji siyasəti Fələstinlə mübahisə məsələsini ərəb-İsrail problemi kimi qələmə vermək üçün qeyri-ərəb müsəlman ölkələri ilə əlaqələr qurmaq idi.
1991-ci ildə Sovet İttifaqının dağılması sionist rejim üçün yeni və daha əlverişli şərait yaratdı. Keçmiş Sovet İttifaqından ayrılan ölkələr əsasən dünyəvi siyasi sistemə malik olub konstitusiyalarının müddəalarına əsasən qeyri-dini ölkələr sayılsalar da, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edirdi.
Bu səbəbdən də İsrailin həmin dövlətlərlə münasibət qurması, müsəlman ölkələri ilə əlaqələrini artırdığını, İslam dünyası ilə heç bir probleminin olmadığını eyham etmək imkanı yarandı.
Beləliklə, İsrail Mərkəzi Asiya və Qafqaz ölkələrinin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və ilk mərhələdə Qazaxıstan və Azərbaycanla münasibətlər qurub. Əslində, İsrail Qafqazda və Mərkəzi Asiyada qeyri-ərəb müttəfiqlər axtarışına çıxmaqla müsəlman ölkələri arasında dostlarının olduğunu dünyaya göstərmək niyyətindədir...”.
https://bit.ly/3AaFN1v