Reynolds və Cekmanın superqəhrəman dueti rekord qırdı

Hollivud ulduzları Rayan Reynolds və Hyu Cekman "Deadpool & Wolverine" superqəhrəman filmindəki işlərinə görə "Ginnesin Rekordlar Kitabı"na daxil ediliblər. Mükafatlandırmanın səbəbi "Marvel" kainatının yeni superqəhrəman filminin treylerinə baxış sayının fenomenal rəqəmə çatması olub.

Lim10.az-ın RTVI-yə istinadla verdiyi məlumata görə, rolik ilk dəfə fevralda nümayiş olunub və əsl furor yaradıb: onlayn platformalarda buraxılışdan sonrakı ilk 24 saat ərzində video 365 milyon baxış toplayıb. Bu isə kinematoqrafiya tarixində mütləq rekorddur.

Beləliklə, misli görünməmiş uğur diqqətdən kənarda qalmayıb - Reynolds və Cekman rəsmi olaraq adlarını "Ginnesin Rekordlar Kitabı"na yazdırıblar.

Qeyd edək ki, "Deadpool & Wolverine" dünəndən etibarən dünya prokatına çıxıb.

Reynolds və Cekmanın superqəhrəman dueti rekord qırdı

Reynolds və Cekmanın superqəhrəman dueti rekord qırdı