Fransa 2027-ci ilə qədər hərbi büdcəsini 64 milyard avroya çatdırmaq niyyətindədir.
Lim10.az xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron ölkənin cənubundakı İstr aviabazasında hərbçilərin qarşısında çıxış edərkən məlumat verib.
O xatırladıb ki, bu hədəf əvvəllər 2030-cu il üçün müəyyən edilmişdi: "İndi isə məqsəd 2027-ci ilə qədər illik büdcənin 64 milyard avroya çatdırılmasıdır".
Fransanın hərbi xərcləri hazırda 50.5 milyard avro təşkil edir. Makronun Fransa prezidenti seçildiyi 2017-ci ildə müdafiə xərcləri 32.3 milyard avro olub.(oxu.az)



















