Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödəyib.
Lim10.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Qeyd olunub ki, bundan əvvəl, iyulun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.