Epştein işində yayımlanan yeni sənədlər arasında İsrailin keçmiş baş naziri Ehud Baraka aid olduğu iddia edilən səs yayzısı ciddi rezonansa səbəb olub. Həmin səsyazmada Ehud Barak Epşteyndən İsrailin demoqrafik göstəricilərini dəyişdirmək üçün Putindən 1 milyon rus yəhudisini köçürməyi istəyib.
Lim10.az “Middle East Eye” nəşrinə istinadən xəbər verir ki, məlumata əsasən Cefri Epşteinlə keçirilən gizli görüşə aid olduğu iddia edilən səs yazısında Barakın Rusiyadan İsrailə 1 milyon immiqrantın cəlb olunması ideyasını müzakirə etdiyi bildirilir.
Nəşrin yazdığına görə, səs yazısında bu addımın İsrailin demoqrafik vəziyyəti yəhudilərin xeyrinə dəyişdirə biləcəyi və regionda əhali balansına təsir göstərəcəyi qeyd olunub. Səs yazısında Barakın Fələstin əhalisinin artım tempini problem kimi qiymətləndirdiyi, onların nisbətinin son onilliklərdə artdığını vurğuladığı bildirilib.
Sənədlərdə həmçinin qeyd olunub ki, Barak Sovet İttifaqının dağılmasından sonra 1990-cı illərdə İsrailə gələn təxminən bir milyon immiqrantın ölkəyə ciddi təsir göstərdiyini xatırladıb.
Digər məqamda isə İsraildə nikah və dini status məsələlərində pravoslav ravvinlərin inhisarının zəiflədilməsi, eləcə də yəhudiliyə keçid prosesinin sadələşdirilməsi kimi təkliflərin səsləndiyi bildirilir.
Səs yazısının həqiqiliyi və konteksti ilə bağlı müzakirələr davam edir. Məsələ beynəlxalq mediada geniş rezonans doğurub.
Mürtəza



















