Jirinovskinin İran barədə dedikləri yenidən trendə çevrildi

Rusiyalı keçmiş deputat və siyasətçi Vladimir Jirinovskinin bir neçə il əvvəl dediyi sözlər: "İran içindən tamamilə dağılacaq. Parçalanmış İranın yerində Böyük Azərbaycan yaranacaq. Xuzestan ərəb ölkələrin biri ilə, misal üçün İraqa birləşə bilər. Türkmənlər Aşqabadla birləşərək Böyük Türkmənistan yaradacaq, kürdlər isə İraq və ya Suriya kürdləri ilə birləşəcək. Bəluçistan isə nəhayət azadlıq əldə edəcək, bəluçlar bunu çoxdan gözləyirdilər. Yəni, keçmiş Yuqoslaviya kimi, altı yerə bölünəcəklər".