"Danışıqların növbəti mərhələləri ABŞ-da keçirilə bilər" - Zelenski

Ukraynadakı münaqişənin həlli üçün danışıqların növbəti mərhələləri ABŞ-da keçirilə bilər.

Lim10.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski məlumat verib.

"Artıq növbəti görüşlər yaxın gələcək üçün planlaşdırılır. Yəqin ki, Amerikada olacaq", - Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna sülhü yaxınlaşdıra biləcək bütün formatlara hazırdır. O, həmçinin münaqişənin Rusiyanın "mükafatlandırılmadan" bitməli olduğunu bildirib.

Elvin

Lim10.az