Azərbaycan-ABŞ hərbi əməkdaşlığı Pentaqonda müzakirə edilib
Pentaqonda Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.
Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin birinci müavini admiral Kristofer Qredi ilə görüşüb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib