Təmizlik vasitələrin qorxunc fəsadı: Tailandda üç qadın faciəli şəkildə həyatını itirdi

Tailandda yaşayan 60 yaşlı qadın və onun 34 və 25 yaşlı qızları tıxanmış tualeti təmizləmək üçün kükürd turşusu və kaustik soda istifadə edilbər. Lakin bu iki təhlükəli maddənin qarışığı onların ölümünə səbəb olub.

Lim10.az "Bangkok Post"a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Polisin məlumatına görə, tualetdəki kiçik otaqda yalnız bir havalandırma dəliyi olduğundan toksik buxarlar qadınlar üçün ölümcül təhlükəyə çevrilib. Qadınlar tapıldığı zaman onların ağızları köpüklə dolu, barmaqlarının ucları və dodaqları isə tünd yaşıl rəngdə olub. Zəhərlənən qadınlardan biri artıq ölmüş olub, digərlərinin həyatı üçün isə həkimlər mübarizə aparıblar.

Mütəxəssislər kükürd turşusu və kaustik sodanın qarışdırılmasının təhlükəli olduğu barədə xəbərdarlıq edirlər. Belə bir qarışıq kanalizasiya qazı kimi tanınan ölümcül buxarların əmələ gəlməsinə səbəb olur.

Tailandda son illərdə kanalizasiya qazından zəhərlənmə hallarının sayı artmaqdadır. Rəsmi statistikaya görə, ötən il ölkədə bu səbəbdən 200-dən çox insan həyatını itirib. Hökumət vətəndaşları xəbərdar etmək və maarifləndirmək üçün tədbirlər görməyə başlayıb.