ABŞ-də səkkiz yaşlı qız atasını oğrudan xilas etdi

ABŞ-nin Minnesota ştatında səkkiz yaşlı məktəbli qız mağazanı qarət etmək istəyən cinayətkarla mübarizə aparıb.

Lim10.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

Hadisə Sent-Pol şəhərindəki mağazalardan birində baş verib. Mağaza müdiri səkkiz yaşlı qızını özü işə gətirib. Həmin şəxs mağazanı bağlamağa hazırlaşarkən tapança ilə silahlanmış oğru mağazaya girib. O, silahı satıcıya doğru tutaraq kassadan pul tələb edib.

Silahlı kişini görən məktəbli beysbol dəyənəyini götürərək hücumçunu bir neçə dəfə vurub. Soyğunçu saxlanılıb, səlahiyyətlilər ona ittiham irəli sürməyə hazırlaşırlar.

ABŞ-də səkkiz yaşlı qız atasını oğrudan xilas etdi

ABŞ-də səkkiz yaşlı qız atasını oğrudan xilas etdi