Avstraliyanın cənub-şərqində yerləşən və ölkənin ən böyük ştatı olan Yeni Cənubi Uelsin Səhiyyə Nazirliyi meymunçiçəyinə ("mpox") yoluxanların sayının kəskin artdığını bildirib.
Lim10.az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
Bildirilir ki, təkcə son iki ayda ştatda 93 yeni yoluxma halı qeydə alınıb. Nazirlik virusa yoluxma hallarının sayının kəskin artması fonunda ştat sakinlərini diqqətli olmağa çağırıb.
Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti "mpox" (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb.