Ekvador Prezidenti Daniel Noboa vitse-prezident Veronika Abadı xəyanətdə və növbəti seçkidə onun iştirakına mane olmağa çalışmaqda ittiham edib.
Lim10.az xəbər verir ki, bu barədə D.Noboa özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"O özü bu postu tutmaq üçün ölkə prezidentini hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Əgər onun niyyətləri ilə bağlı hər hansı bir şübhə var idisə, bu gün maska artıq düşüb. Bundan başqa, bu şikayətin arxasında duran şəxslər, mənim seçki kampaniyasında iştirak etməməyimi istəyirlər. Biz bu xəyanətə qarşı mübarizə aparacağıq və seçkidə görüşəcəyik", - deyə prezident paylaşımında bildirib.