Əməkdar incəsənət xadimi Məryəm Əlizadə insult keçirib.
Bu barədə Modern.az-a onun özü məlumat verib.
Teatrşünas hazırda müalicə olunduğunu bildirib.
Qeyd edək ki, Məryam Əlizadə 14 aprel 1950-ci ildə Bakı şəhərində anadan olub.
O, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professorudur.