Ermənilərin yeganə çıxış yolu o əski parçasını büküb zibilliyə atmaqdır
Rövsən Kəbirli
Növbəti oyunmu ( “İlan vuran ala çatıdan qorxar”. Bu hakimiyyətin ipinin üstünə odun yığmaq olmaz düşüncəsindən çıxış edirəm), nəticədə mütəxəssislərimizin mədənlərə buraxılıb-buraxılmayacağından asılı olmayaraq siyasi və hərbi baxımdan aksiyanın önəmi olduqca böyükdür. Yəni bu aksiya ilə Qarabağdakı ermənilərin sArsaq adlı dövlət yaratmaq ümidləri suya düşmüş oldu. Gördülər ki, şərtlərə və onlara edilən təkliflə razılaşmasalar Azərbaycan istənilən an silahsız-zadsız eləcə dinc yolla əlindəki ipi çəkrək onları boğa bilər. İndi ermənilərin yeganə çıxış yolu o əski parçasını büküb zibilliyə atmaq, özünə prezident yarlığı yapışdıran Araiki və Moskvadan elə qızıl və mis-molibden yataqlarınıdan sərvət toplamaq üçün gəlmiş Vardanyanı qovub Qarabağdan çıxarmaq və Azərbaycanın təəbəliyinə keçməkdir.
O ki qaldı şeytan barmağına- Rusiya erməniməramlılara cəsur Ukrayna xalqı Putleri ölü vəziyyətinə salandan sonra o hərbi qüvvə də rədd olub Qarabağdan çıxacaq. Amma bununçün həm də o işğalçı ordunun torpağımıza soxulmasına razı olan Azərbaycan rəhbərliyinin siyasi iradə və qətiyyət nümayiş etdirməsi tələb olunur.
Şaxtalı-qarlı havada dözüm, iradə sərgiləyərək duruş gətirən vətən övladlarına eşq olsun!
İnşəAllah haçansa bizim də adımız qara siyahıdan çıxarılar belə anlarda vətəndaşlarımızla çiyin-çiyinə dayanarıq.