Füzulidə məntəqənin katibi: "Hər şey hazırdır, seçicilərimizi gözləyirik"

"Burada 38 bina var. Hər şey hazırdır, sentyabrın 1-də öz seçicilərimizi gözləyirik".

Bunu "Report"a 84 saylı Füzuli Seçki Dairəsinin 77 saylı seçki məntəqəsinin katibi Nabat Namazova deyib.

O bildirib ki, məntəqədə 1043 nəfər seçici var:

"Məntəqə seçkiyə tam hazırdır, seçicilərə bildirişlər paylanılıb. İlk dəfə prezident seçkisi keçirildi və seçicilər fəal iştirak etdilər. Parlament seçkisində də fəallığın olacağınızı gözləyirik".