"Milli Məclisə növbədənkənar seçki Qarabağ məsələsinin yekun həllindən sonra ölkəmizdə keçirilən ilk parlament seçkisidir. İşğaldan azad edilmiş rayonlardan deputatlar elə həmin ərazilərdə seçilir ki, bu da özlüyündə çox sevindirici haldır".
Bunu "Seçki-2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev deyib.
Xalq yazıçısı yeni deputatların Milli Məclisdə öz seçicilərini layiqincə təmsil edəcəklərinə ümidvar olduğunu bildirib.
"Seçki olduqca böyük əhəmiyyət kəsb edir, çünki bu, torpaqlarımızın işğaldan azad edilməsi məsələsinin gündəmində dayanmayan müstəqil Azərbaycanın ilk parlamenti olacaq. Ümid edirəm ki, dövlətin ali qanunverici orqanının yeni tərkibi xalqımızın, ölkəmizin rifahı naminə işləyib, əlindən gələni əsirgəməyəcək", - deyə Çingiz Abdullayev fikrini yekunlaşdırıb.