Ərdoğanla Fernandesin fərqi

Argentina prezidenti Alberto Anxel Fernandes ölkəsinin milli komandasının Fransa millisi ilə oynadığı XXII dünya çempionatının final matçını izləmək üçün Qətərə getməyib. Argentina prezidenti bu addımını ölkəsindəki iqtisadi böhran və Qətər səfərinin əlavə xərc olacağı ilə izah edib. Prezident Alberto Anxel Fernandes final oyunuu evində, ailəsi ilə birg izləyib.
Argentinadan daha ağır iqtisadi böhran içərisində olan və XXII dünya çempionatında təmsil olunmayan Türkiyənin dövlət başçısı isə geniş heyyətlə Argentina ilə Fransa milliləri arasındakı final oyununu izləmək üçün Qətərə gedir. Türkiyə prezidenti yersiz xərcləmələr tələb edən belə səfərlərin zəruriliyini “reputasiyanı qorumaq zərurəti” ilə edir. Ərdoğan geniş heyyətlə Argentina ilə Fransa arasındakı final oynunu izləmək üçün Qətərə getdiyi bir zamanda Türkiyədə aclıqdan ölən körpə uşaqların olduğu üzə çxdı.
Vəziyyətin belə acınacaqlı olmasına baxmayaraq Türkiyədə siyasi islamçıların “Qonşusu ac ikən, tox yatan bizdən deyil” nağılına hələ də inan milyonlarla insan var. Təəssüf ki, belə düşüncədə olan soydaşlarımız da var.
İslam dünyası sosial ədaləti təmin edəcək siyasi sistemi mənimsəyənə kimi iqtidar sahibləri zənginlik, mərhəmətə ümid bəsləyənlər isə səfalət içərisində yaşayacaq.

Xəqani Cəfərli