Zabuxda seçicilər səsvermə hüququndan istifadə edirlər

"Laçın rayonunun Zabux kəndində seçicilər səsvermə hüququndan istifadə edirlər".

"Report"un məlumatına görə, uzun illərdən sonra doğma yurdlarına dönən zabuxlular 121 saylı Laçın seçki dairəsinin 108 saylı seçki məntəqəsində səs verirlər.

Səsvermənin başlamasında qısa müddət keçməyinə baxmayaraq, məntəqədə seçici fəallığı müşahidə olunur.