Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səs veriblər

Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.