Ağdam rayonunda növbədənkənar parlament seçkisində seçici fəallığı müşahidə olunur.
"Report"un Ağdama ezam olunmuş əməkdaşının məlumatına görə, 118 saylı Ağdam-Xocalı seçki dairəsinin Ağdam şəhərində yerləşən seçki məntəqələrində səsvermə prosesi seçici fəallığı şəraitində keçirilir.
Ağdamda fəaliyyət göstərən seçki məntəqələrində bu saata qədər heç bir problem qeydə alınmayıb.