"Bu il Azərbaycanda keçirilən parlament seçkisidə 63 min seçicini əhatə etmişik. Ölkə üzrə 1 750 təmsilçimiz yerlərdə çalışıb".
Lim10.az xəbər verir ki, bunu ABŞ-nin "Oracle Advisory Group" təşkilatının təmsilçisi Vlada Galan seçkilər başa çatdıqdan sonra keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, növbədənkənar parlament seçkisi ilə bağlı üç beynəlxalq təşkilat ekzitpol üçün qeydiyyatdan keçib. Ekzitpolları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirib. Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçki ilə əlaqədar səsvermə saat 19:00-da başa çatıb.
Əzizə İsmayılova