Türkiyənin "Haber Global" telekanalı bu gün Azərbaycanda keçirilən növbədənkənar seçki ilə bağlı geniş reportaj hazırlayıb.
Lim10.az xəbər verir ki, bu barədə "Haber Global"ın strateji və təhlükəsizlik müxbiri Murat Karataş məlumat verib.
O, seçkinin vaxtının noyabr ayında deyil, daha tez keçirilməsinin COP29-la əlaqəli olduğunu vurğulayıb.
O qeyd edib ki, sayca yeddinci parlament seçkisində 125 yer uğrunda 990 namizəd mübarizə aparıb. Müəllif nəzərə çatdırıb ki, budəfəki seçkini digərlərindən fərqləndirən əsas məqam onun bütün Azərbaycan torpaqlarında, o cümlədən işğaldan azad edilmiş Qarabağda baş tutmasıdır.
Həmçinin, Türkiyə parlamentinin nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edildiyi də xüsusi vurğulanıb.
Daha ətraflı "Haber Global"ın videosüjetində:
"Haber Global" Azərbaycandakı parlament seçkisini işıqlandırdı