"Atamla bağlı heç bir şey danışmaq" - Rza Talıbov

“Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”.

Bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov bu gün Naxçıvan Ali Məclisinin sədri postundan istefa verən atası Vasif Talıbovun haqda danışarkən deyib.

Rza Talıbov istefasından sonra atası ilə əlaqə saxlamadığını da deyib: “Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”.
“Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov “hər kəsin öz işi var”, - deyərək əlavə şərh verməkdən imtina edib