"İran xalqı 1979-cu ildə İslam Respublikasına səs verdiyinə peşman olub" - Məsud Pezeşkian

"İran xalqı 1979-cu ildə İslam Respublikasına səs verdiyinə peşman olub"

İnqilabdan 40 ildən çox vaxt keçdikdən sonra İranda islahatçı millət vəkili deyir ki, ölkədə əhalinin əksəriyyəti 1979-cu ildə İslam Respublikasına səs verdiyinə görə peşmandır. 1979-cu ildə əhalinin 98 faizi İslam Respublikası quruluşuna səs vermişdi.

Təbrizdən olan İran parlamentinin üzvü Məsud Pezeşkian “Didban-e İran” saytına bildirib ki, çox sayda insan İran cəmiyyətindəki problemlərə etiraz edir.

Pezeşkian əlavə edib: "Bunlar əsas problemlərdir və hökumət insanların şikayətlərini dinləyib onların tələblərinə cavab versəydi, bugünki vəziyyət yaranmazdı".