"Platforma 2" filminin ilk treyleri çıxıb

Məhbusları dəli edən və sağ qalmanın yuxarı qatdakı qonşunun mərhəmətindən asılı olduğu həbs qülləsi haqqında "Platforma" trillerinin davamının ilk treyleri çıxıb.

Lim10.az-ın "Netflix" onlayn kinoteatrının saytına istinadla məlumatına görə, "Platforma 2" adlanan məşhur ispan fantastikasının davamı oktyabrın 4-də yayımlanacaq.

Qeyd edək ki, orijinal "Platforma" yaxın gələcəkdə baş verən bir eksperimenti təsvir edirdi. Buna əsasən insanlar yerin altında boş otaqlarda yerləşdirilir və hər gün yemək platforması aşağı endirilirdi. İnsanlar nə qədər aşağıda olsalar, yemək yeməyə şansları o qədər az olur.

Birinci hissə 2019-cu ildə "Netflix"də yayımlanıb və təkcə ispan dilli ölkələrdə deyil, bütün dünyada hit olub.

"Platforma 2" filminin ilk treyleri çıxıb

"Platforma 2" filminin ilk treyleri çıxıb